“Teleqüllə”nin ətrafında SON VƏZİYYƏT – VİDEO

“Teleqüllə”nin ətrafında SON VƏZİYYƏT – VİDEO
 Mayaklar yenidən quraşdırılır, torpağın dərinliyindəki süxurlardan nümunələr götürülür.
 
 

Bayıl yamacında teleqüllə yaxınlıgındakı sürüşmə sahəsində tədqiqatlar davam etdirilir. Xəzər TV bildirir ki, bir neçə gündür ki, xüsusi cihazlarla aparılan hesablamalardan sonra alınan nəticələri dəqiqləşdirmək üçün yamacın dərin qatlarından süxur nümunələri götürmək üçün bu gün buruqlar qazılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənovun sözlərinə görə, həftənin sonuna kimi sürüşmə ilə bağlı rəyin hazır olacağı gözlənilir. Hazırda isə ərazidə vəziyyət dəyişməz olaraq qalır.

Səbail Rayon İcra Hakimiyyəti Bayıl yamacında yaranmış sürüşmə təhlükəsi, onun səbəbləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Rayon icra hakimiyyətindən deyiblər ki, mütəxəssislərin apardıqları yoxlamalar nəticəsində sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyənləşdirilib.

Bundan əlavə rayon icra hakimiyyətindən onu da bildiriblər ki, ərazidəki tikililərin torpağın sürüşməsinə təsiri yox dərəcəsindədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin apardığı araşdırmalara görə isə sürüşməyə səbəb bir neçə amil ola bilər.

Hazırda isə Bayıl qəsəbəsində sürüşmə zonasındakı evlərdə çatların sayı artıb. Sürüşmə zonasında 90-a yaxın ev qəzalı vəziyyətdədir, 67 ailə artıq evlərindən köçürülüb. Rayon icra hakimiyyətindən onu da bildirdilər ki, buradakı tikililərin gələcək taleyi yekun nəticədən sonra hüquqi müstəvidə həll olunacaq.



OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...