Bayıl yamacının altında iki yeraltı çay tapıldı

Bayıl yamacının altında iki yeraltı çay tapıldı

Bayıl yamacının altında iki yeraltı çay tapıldı
 
Bayıl yamacının altında iki yeraltı çayın axdığı müəyyən edilib.
 
Sfera.az xəbər verir ki, bu barədə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun bu gün Bayılda sürüşmə zonasında və həmin ərazidən köçürülən sakinlərin yerləşdirildiyi 163 saylı orta məktəbdə sakinlərlə keçirdiyi görüşdə bildirilib.

Görüşdə qeyd olunub ki, ərazidə araşdırma aparan mütəxəssislər həmin dağ yamacının altında ıkı yeraltı çayın axdığını müəyyən ediblər. Bu çaylarda suyun səviyyəsinin dəyişməsi, eləcə də yağıntıların səviyyəsinin artması sürüşməyə səbəb olan amillərdəndir.

Qeyd edək ki, son günlər ərzində Bayıl qəsəbəsində sürüşmə zonasındakı evlərdə çatların sayı artıb. Hazırda sürüşmə zonasında 90-a yaxın ev qəzalı vəziyyətdədir, 67 ailə artıq evlərindən köçürülüb.

Sürüşmə ilə bağlı Səbail Rayon Icra Hakimiyyətində (RİH) Xüsusi Qərargah yaradılıb.

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...