Logo

Mirşahin Ağayevin qardaşına hökm oxundu

Mirşahin Ağayevin qardaşına hökm oxundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakı Ağır Cinayətlər Məhkəməsində ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin qardaşı, dələduzluqda təqsirləndirilən Mirəddin Ağayevə hökm oxunub.

Sfera.az Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə M.Ağayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, M.Ağayev vətəndaş Qəzənfər Qəzənfərovdan 2 min manat alıb qaytarmadığı üçün həbs edilib. İstintaq zamanı müəyyən edilib ki, o, 4 nəfərdən 86 min manat alaraq dələduzluq edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR