"Mado"nun yarıya yaxını ərəblərə satıldı
Hadisə
19:14 / 25.01.2018
987
Azərbaycanda da fəaliyyət göstərən "Mado"da bir müddətdir davam edən tərəfdaşlıq danışıqları başa çatıb və şirkətin 42%-i satılıb.
Sfera.az "Marja"ya istinadla xəbər verir ki, Qətərin "Al Sraiya and Venture Capital" şirkəti "Mado"nu Lüksemburqdakı "Turkish Cafe Company S.A.R.L" adlı şirkəti üzərindən satın alıb.
Türkiyənin Rəqabət Palatasının məlumatına görə, "Yaşar Dondurma ve Gida Maddeleri A.Ş"nin "Mado"dakı payının 42%-i "Turkey Café Company S.A.R.L." tərəfindən alınıb.
Satınalma prosesi ilə əlaqədar olaraq "Mado"nun Baş direktoru Gürol Çıragöz bildirib ki, "20 ölkədə 50 şöbəmiz var. Bunu daha da artırmaq və qlobal bir oyunçu olmaq niyyətindəyik. Bu tərəfdaşlıq bu məqsədlərimizi həyata keçirməyə dəstək verəcək" deyib
"Mado" Azərbaycanda 2010-cu ildən fəaliyyət göstərir və hal-hazırda 5 şöbəsi ilə xidmət göstərir. "Mado" Türkiyənin dondurma evi və kafe şəbəkəsidir.