Əmisinin 3 gəlini ilə cinsi əlaqəyə girdi, evini yandırdı, maşına bağlayıb... - Qubada DƏHŞƏT
Hadisə
16:09 / 25.01.2018
1010
Şantaj xarakterli məlumatlar yaymaq, əmlakı ələ keçirmək və digər cinayətlərdə ittiham olunan Quba rayon sakinləri - Əhəd Salahov və Mayıs Ağaməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mayıs Ağaməmmədov əvvəllər dostluq münasibətlərində olduğu həmkəndlisi Əhəd Salahov ilə bir qrup şəxs kimi qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib, onunla birlikdə 2016-cı ilin yanvar ayının 6-dan 7-nə keçən gecə Quba rayonunun 1-ci Nügədi kəndində Akif Ağabalayevin ikimərtəbəli evinin damından içəri daxil olublar.
Silah oğurluğu
Onlar ikinci mərtəbədəki otaqdan Akif Abdullayevə məxsus bir ədəd 12 kalibrli, "747921" №-li, "STOEGER" modelli, "Vinçester" sistemli, nasaz, atəş etmək üçün yararsız vəziyyətdə olan hamar-yivsiz, təklüləli ov silahını, bir ədəd 12 kalibrli, "13178" №-li, "TOZ34" modelli, alt lüləsi nasaz olmaqla atəş açmaq üçün yararsız, üst lüləsi isə saz olmaqla atəş açmaq üçün yararlı vəziyyətdə olan hamar (yivsiz) qoşalüləli ov silahını, döyüş sursatı olan 28 ədəd patronu, bir ədəd patrondaşını, Akif Ağabalayevin mərhum qardaşı İlham Ağabalayevə məxsus bir ədəd Rusiya istehsalı olan, 5,6 mm kalibrli, "81396" nömrəli, "TOZ-8" modelli, sürüşkən tək-tək atılan, yivli, odlu idman-ov silahını talayaraq, həmin tarixdə odlu silah olan bir ədəd "81396" nömrəli, "TOZ-8" modelli, yivli, odlu idman-ov silahını digər taladıqları əmlakla birlikdə ələ keçiriblər. Həmin əmlakları Mayıs Ağaməmmədovun yaşadığı Quba rayonunun 1-ci Nügədi kəndindəki evinə gətiriblər və 30 mart 2016-cı il tarixədək orada saxlayıblar.
Əxlaqsızlıq və dava
Mayıs Ağaməmmədov 30 mart 2016-cı il tarixdə, saat 02.10-da, 17 mart 2016-cı il tarixdə, saat 14 radələrində Quba rayonu, 1-ci Nügədi kəndinin mərkəzində yaxınlığında əmisi Seyidağa Ağaməmmədovun nəvələri - Orxan Ağaməmmədov və Sərxan Ağaməmmədov tərəfindən sonuncuların və qardaşları Səfiyar Ağaməmmədovun arvadları barəsində kənddə və ətrafda rüsvayedici məlumatlar yaydığına, yəni arvadlarını əxlaqsız adlandırdığına görə özünün həyat yoldaşı Nərmin Ağaməmmədovanın və həmkəndlilərinin gözü qarşısında alçaltmaq, cəzalandırılmaq məqsədilə yumruq və təpiklərlə döyülməsinin, "VAZ-2107" markalı avtomaşının arxasına iplə boğazından bağlanaraq sürüdülməsinin əmisi Seyidağa Ağaməmmədov və sonuncunun oğlu Daşqın Ağaməmmədov tərəfindən təşkil edildiyini güman edib.
Qisas
O, Seyidağa Ağaməmmədov və Daşqın Ağaməmmədovdan qisas almaq məqsədilə 2016-cı ilin yanvar ayının 6-dan 7-nə keçən gecə Əhəd Salahov ilə birlikdə Akif Ağabalayevin evindən oğurladığı "TOZ-34" modelli qoşalüləli odlu ov silahını və benzinlə dolu plastmas qabları götürərək əmisi və əmisi oğlunun yaşadığı evin həyətinə gəlib.
Əmlakların məhvi
Mayıs Ağaməmmədov evdə heç kimin olmadığını güman edərək Daşqın Ağaməmmədovun ümumi dəyəri 28000 manat olan evini qəsdən yandırmaq məqsədilə özü ilə gətirdiyi plastmas qablardakı tez alışan mayeni - benzini evin giriş qapısına tökərək yandırıb, yanğın zamanı 150 manat dəyərində taxta qapının, 400 manat dəyərində bir ədəd yun xalçanın, 225 manat dəyərində bir ədəd yun xalçanın, 50 manat dəyərində, tül pərdənin və digər əşyaları yandırıb, zərərçəkmişlərə ümumilikdə 1155 manat dəyərində maddi ziyan vurub.
Ev sahibinin köməyə çağırışı
Daşqın Ağaməmmədov və ailə üzvləri evlərinin yandığını görərək səs-küy salıblar, köməyə çağırdığı və onların köməyinə gəlmiş bir həyətyanı səhədə yaşayan Yalçın Ağaməmmədov və onun arvadı Təhminə Ağaməmmədova su ilə alovu söndürərək alovun evin içərisinə keçməklə evin tamamilə yanmasının qarşısını alıblar. Yanğının qarşısı alındığı üçün Mayis Ağaməmmədovun 28000 manat dəyərində əmlakını qəsdən yandırmaqla məhv etməyə cəhd edib.
Daha sonra Mayıs Ağaməmmədov martın 30-da, gecə saat 02.20-də Daşqın Ağaməmmədovun evinin giriş hissəsindəki yanğının qarşısının Yalçın Ağaməmmədov və onun arvadı Təhminə Ağaməmmədova tərəfindən alındığını görərək hiddətlənib. O, Yalçın Ağaməmmədovun həyətində qanunsuz hərəkətlərini davam etdirib.
Evi atəşə tutdu
Mayıs Ağaməmmədov odlu ov silahından Yalçın Ağaməmmədovun evinin ikinci mərtəbəsi istiqamətində 4-5 dəfə nizamsız atəş açıb, açdığı atəşlər nəticəsində evin ikinci mərtəbəsində ümumilikdə Yalçın Ağaməmmədovun 215 manat dəyərində əmlakını məhv edib.
6 maddəli cinayət işi
İstintaq orqanı tərəfindən Mayıs Ağaməmmədova Cinayət Məcəlləsinin 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma), 29,186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələməyə cəhd), 29,186.2.2-ci (yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olmaqla əmlakı qəsdən məhv etmə və ya zədələməyə cəhd), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 232.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə) maddəlləri ilə ittiham elan edilib.
"Əmisinin gəlinləri ilə görüşərək cinsi əlaqədə olub"
Digər təqsirləndirilən Əhəd Salahov isə Cinayət Məcəlləsinin 157.1, 228.2.1 və 232.2.3-cü maddələri ilə ittiham olunub. Hər iki təqsirləndirilən şəxs barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Əhəd Salahov elan edilmiş ittihamlarla özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, heç bir cinayət törətməyib: "2016-cı ilin təxminən yanvar ayının ortalarında Mayıs öz evində mənə bir ədəd tüfəng gətirərək, həmin tüfəngin ona pay verildiyini dedi. Bir müddət sonra, yanvarın təxminən axırlarında kənd camaatı arasında gəzən söhbətlərdən həmkəndlim Akifin evindən tüfənglərinin oğurlandığını eşitdim. Mayıs mənə bir ədəd tüfəng göstərdiyindən özüm-özlüyümdə həmin oğurluğu Mayısın etdiyini fikirləşdim. Mayısın sözlərindən mənə məlum oldu ki, Mayıs əmisi Səyyabın gəlinləri Gülnar, Ayşən və Xəyalə ilə görüşərək cinsi əlaqədə olub".
"Əmisinin evinə atəş açıb"
Təqsirləndirilən şəxsin sözlərinə görə, martın 17-də həmin gəlinlərin ərləri Mayısı cəzalandırmaq üçün sonuncunu "Vaz 2107" markalı maşına bağlayaraq kənd yollarında sürütdürüblər: "Martın 30-da gecə vaxtı Mayıs qisas məqsədi ilə əmisi oğlu Daşqın Ağaməmmədovun evini yandırmağa cəhd edib, həmçinin əmisi Seyidağanın evinə tüfənglə atəşlər açıb. Hadisə ilə bağlı Mayısın evindən polis tərəfindən 3 ədəd tüfəng və içində patronlar olan patrondaş tapılaraq götürülüb. Mayıs həmin silahların və patrondaşın Akifin evindən mənimlə birlikdə oğurladığını deyib".