Azarbaycanda türkiyəli iş adamının yüzminlərlə dollarını oğurladılar - DETALLAR

Azarbaycanda türkiyəli iş adamının yüzminlərlə dollarını oğurladılar - DETALLAR
 Bakıda türkiyəli iş adamının evi qarət edilib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Türkiyə vətəndaşı Selçuk Mahmud oğlu Tapan polisə müraciət edərək yanvarın 23-də yaşadığı evin pəncərəsindəki dəmir barmaqlıqları qırmaqla oradan 110 min dollar, 1000 avro və 4000 manatlıq qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
  
Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.
 
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarışlar tədbirləri davam etdirilir.

Qeyd edək ki, Selçuk Mahmud oğlu Tapan Bakıda sahibkarlıq fəaliyyəti ilə məşğuldur.

OXŞAR XƏBƏRLƏR