Jurnalist niyə vəfat edib? - Polis başqa səbəb göstərir
11:52 / 24.01.2018
954
"Zerkalo” qəzetinin əməkdaşı, tanınmış jurnalist Nicat Məlikovun ölümü ilə bağlı ilkin rəsmi məlumat verilib.
Sfera.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, Səbail RPİ-nin yaydığı məlumatda hadisənin yanvarın 23-də saat 17:50 radələrində baş verdiyi bildirilib. Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Məlikov Nicat Səməd oğlu Bayıl yaşayış sahəsi, Elşən İsmayılov küçəsi 104-ün qarşısında ayağı və başı səki kənara dəyib. N.Məlikov aldığı xəsarətdən hadisə yerindəcə vəfat edib.
Qeyd edək ki, ilk olaraq N.Məlikovun ürəktutmasından vəfat etdiyi haqda məlumat yayılıb. Ölümün dəqiq səbəbi ekspertiza nəticəsində bəlli olacaq.