6 erməni hərbçisinin məhv edildiyi əməliyyatın görüntüləri yayıldı-VİDEO

6 erməni hərbçisinin məhv edildiyi əməliyyatın görüntüləri yayıldı-VİDEO
 Sosial şəbəkələrdə yayımlanan videoda 31 yanvar saat 15:00 radələrində Qazax rayonu istiqamətində cəbhə xəttində təxribat törətmək məqsədilə minalanmış sahədən keçid açmağa cəhd göstərən düşmənin 6 nəfərdən ibarət hərbi qulluqçusunun məhv olması əks olunub.

Videoda Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının minaya düşmələri aydın görünür. Erməni hərbçilər ağaclıq və kolluq sahə ilə Azərbaycan Ordusunun mövqelərinə doğru yaxınlaşarkən minaya düşürlər.

Sfera.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən məsələ ilə bağlı APA-ya bildirilib ki, bu video cəbhədə təxribat törətməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinin verdiyi itkisi barədə Azərbaycan Müdafiə Nazirliyinin yanvarın 31-də yaydığı məlumatı bir daha təsdiq edir.

"Ermənistan Müdafiə Nazirliyi bu faktı ictimaiyyətdən gizlədirdi. Onlar digər hadisələri, itkiləri beləcə öz ictimaiyyətlərindən gizlətməyə çalışırlar”, – deyə MN-dən bildirilib.

Qeyd edək ki, Azərbaycan MN-in cəbhənin Qazax rayonu istiqamətində minalanmış sahədən keçid açmağa cəhd göstərən düşmənin 6 nəfərdən ibarət hərbi qulluqçusunun məhv edilməsi barədə yaydığı xəbər Ermənistan Müdafiə Nazirliyi tərəfindən təkzib edilmiş və belə bir hadisənin baş vermədiyi bildirilmişdi.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov isə ötən gün keçirilən genişmiqyaslı hərbi təlimdə çıxışı zamanı qısa müddət ərzində 20-dən çox erməni hərbçinin cəbhədə məhv edildiyini bəyan edib.(inter.az)


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...