Logo

Putinin seçkidə səlahiyyətli nümayəndələri arasında azərbaycanlı da var

Putinin seçkidə səlahiyyətli nümayəndələri arasında azərbaycanlı da var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizəd Vladimir Putinin səlahiyyətli nümayəndələrinin siyahısını təsdiqləyib.

APA-nın verdiyi məlumata görə, Putinin seçki kampaniyası zamanı səlahiyyətli nümayəndələrindən biri Rusiyadakı azərbaycanlıların "Azerros" Federal Milli Mədəni Muxtariyyətinin prezidenti Mehriban Sadıqova olacaq. M. Sadıqova Putinin səlahiyyətli nümayəndələri arasında hələlik yeganə azərbaycanlıdır.

Mərkəzi Seçki Komissiyası V. Putinin səlahiyyətli nümayəndəsi kimi ilkin olaraq 259, daha sonra isə 154 nəfəri qeydiyyatdan keçirib.

Rusiya qanunvericiliyinə görə, prezidentliyə namizəd 600 nəfərə qədər şəxsi səlahiyyətli nümayəndə təyin edə bilər. V. Putinin səlahiyyətli nümayəndələri siyahısında ölkənin tanınmış ictimaiyyət nümayəndələri, incəsənət xadimləri, jurnalistləri, elm adamları, idmançıları var.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR