3 övladını ataraq başqası ilə qaçan qadın axtarışa verilib — FOTO

3 övladını ataraq başqası ilə qaçan qadın axtarışa verilib — FOTO
 Lənkəranda üç ay əvvəl yerli sakinlə vətəndaş nikahına daxil olan qadın evdən qaçıb.

Sfera.az "Report”a istinadən xəbər verir ki, əvvəllər ailəli olmuş Kərgəlan kənd sakini Məmmədov Elvin Əflatun oğlu 6 yanvar tarixində "102" xidmətinə və Lənkəran Şəhər Rayon Polis şöbəsinə üç il ərzində münasibətdə olduğu, ötən il oktyabr ayından vətəndaş nikahında yaşadığı 38 yaşlı Cəfərova Vüsalə Balamirzə qızının evdən çıxaraq naməlum istiqamətdə getdiyini bildirib.

Vüsalə evdən səhər tezdən çıxıb və gedərkən həyat yoldaşının ona verdiyi nişan üzüyünü və 500 manat pulu özü ilə götürüb. Masanın üzərinə isə evi tərk etməsi barədə məktub qoyub. Qadın yazıb ki, "məni axtarmayın!”.

V.Cəfərova əvvəllər ailəli olub və üç övladından imtina edərək Elvin Məmmədovla qaçıb. Birgə yaşadıqları dövrdə aralarında hər hansı bir anlaşılmazlıq olmayıb. Polis E.Məmmədovun müraciəti əsasında onun yaşadığı ünvanda müvafiq yoxlamalar aparıb və heç bir cinayət xarakterli iz aşkar etməyib.

V.Cəfərovanın Aşağı Nüvədi qəsəbəsində yaşayan ailə üzvləri də qızlarının yerindən xəbərsiz olduqlarını, lakin qadının bir neçə gün öncə öz qızına naməlum nömrədən zəng vuraraq geri qayıtmayacağını bildirdiyini söyləyiblər.

V.Cəfərovanın evdən çıxaraq itkin düşməsi barədə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Boyu 175 sm-dir, gözlərinin rəngi qəhvəyidir, o, orta bədən ölçülüdür. Fotodakı bu qadınla bağlı məlumatı olanlardan DİN-in "102" xidmətinə və 051-458 -21-08 mobil nömrəsinə xəbər vermələri xahiş olunur.


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...