Fevralda Xəzərin statusuna dair işçi qrupunun iclası keçiriləcək

Fevralda Xəzərin statusuna dair işçi qrupunun iclası keçiriləcək
 Fevral ayında Xəzərin statusuna dair işçi qrupunun iclası keçiriləcək.

Sfera.az Trend-ə istinadən məlumatına görə, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

X.Xələfov qeyd edib ki, razılaşdırılmış konvensiya layihəsinin ingilis dilində mətni və digər mətnlər üzrə texniki işləri başa çatdırılmalıdır: "Bununla bağlı işçi qrupunun iclası olacaq. İşçi qrupunun görüşü fevralda keçirilə bilər”.

Nazir müavini əlavə edib ki, Qazaxıstanda Xəzərin hüquqi statusuna dair Konvensiyanın qəbulu ilə bağlı keçiriləcək sammitin tarixi məhz təşkilatçı ölkə tərəfindən irəli sürülməli, tarixi isə digər Xəzəryanı ölkələrlə razılaşdırılmalıdır:

"Bundan əvvəl sammitin ilin birinci yarısında keçirilməsi nəzərdə tutulurdu. Lakin hər şey Qazaxıstan rəhbərliyindən asılıdır, çünki sammiti qəbul edən tərəf onlardır”.


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...