Sevdiyi qız intihar edən Azərbaycan şəhidi - FOTO

Sevdiyi qız intihar edən Azərbaycan şəhidi - FOTO
 80-ci illərin sonlarında sovet imperiyasına qarşı baş qaldıran milli-azadlıq hərəkatı getdikcə güclənməkdə idi. Xüsusilə, hərəkatın önündə gənclər xüsusi fəallığı ilə seçilirdi. Belə gənclərdən biri də imperiya əsgəri tərəfindən vəhşicəsinə döyülüb öldürülən Mikayıl Babayev olub.

Sfera.az xəbər verir ki, bu barədə publika.az-a Azərbaycan Ağsaqqallar Şurasının mətbuat xidmətinin əməkdaşı, araşdımaçı Şərafət Şəfa məlumat verib.

O bildirib ki, Mikayıl Babayev ilk qarışıqlıqlarda imperiya tərəfindən ictimai fəallığa görə ən çox təzyiqə məruz qalan gənclərdən biri olub: "Mikayıl Babayev 4 mart 1962-ci ildə Şərur rayonu Vərməziyar kəndində dünyay gəlib. Və ilk şəhid kimi Ulu Öndər Heydər Əliyev onun vətən fədailiyini qiymətləndirərək, böyük şairimiz Xəlil Rzayla birgə ailəsilə görüşüb, adına kənd qəbristanlığında türbə tikdirib. "Azadlıq” sədası meydanı bürüyəndə rus ordusunun əsgərləri vəhşicəsinə millətin üstünə yeriyəndə dəyənəklərlə ilk qətl edilən Mikayıl Babayev olub. O zaman kimin ağlına gələrdi ki, az müddətdən sonra 20 yanvar yaşanacaq və şəhidlərdən xiyaban yaranacaq. Ona görə də Mikayıl Babayevin qəbri öz doğma kəndindədi. Mikayıl Babayev 1989-cu il dekabrın 20-i şəhidlik zirvəsinə ucalıb. O, gündən anası Həcərin gözləri tutulub. Aldığımız məlumata görə, bir müddət sonra Mikayılın sevdiyi qız da intihar edib. Onlardan yalnız bir yadigar üzük qalıb”.

Qeyd edək ki, Mikayıl Babayev Nizami Rayon Yeni Azərbaycan Partiyasının sədr müavini Ramin Əhmədovun və kikboksinq üzrə dünya çempionu Xəyal Əhmədovun dayısıdır.
 

OXŞAR XƏBƏRLƏR

Kamçatkada güclü zəlzələ baş verdi

Kamçatkada Avaça körfəzi sularında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə “Rusiya Elmlər Akademiyasının Vah...

Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…

Azərbaycanda iyul ayının birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrome...

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...