Cahangir Hacıyevin "sağ əli" xaricdə yaxalanıb, Bakıya gətirildi (DETALLAR)

Cahangir Hacıyevin
 Azərbaycan Beynəlxalq Bankının hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin dövlət bankından milyardlarla dolları talamaq üçün qurduğu sxemin əsas fiqurlarından biri Emin Sadiq qonşu ölkələrdən birində yaxalanıb və Bakıya ekstradisiya olunub.

Sfera.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib. Emin Sadiqin yanvarın 13-də Bakıya ekstradisiya olunduğu bildirilir. 



İstintaqın versiyasına görə, E.Sadiq Cahangir Hacıyevin və Beynəlxalq Bankın işi üzrə əsas fiqurantlardan biridir, bankın talanmasına yönəlmiş maliyyə maxinasiyalarının birbaşa iştirakçısıdır. E.Sadiq konkret olaraq Qazaxıstanda neft yatağının istismarına yönəlmiş investisiyanın mənimsənilməsində ittiham olunur. Söhbət Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı "MBA-Moskva” tərəfindən ayrılmış 60 milyon dolların mənimsənilməsindən gedir. Habelə E.Sadiq "MBA-Moskva” bankına veksellərin satışında dələduzluq əməlinə yol verib.

Xatırladaq ki, bundan əvvəl virtualaz.org Emin Sadiqin işi üzrə bir neçə araşdırma dərc etmişdi. Məlum olmuşdu ki, Cahangir Hacıyev biznesmen Hafiz Məmmədova məxsus "Bahar Energy” şirkətini reyder üsulu ilə ələ keçirdikdən sonra şirkətin faktiki talanmasını Emin Sadiqə həvalə edib.

Həmin vaxta qədər Emin Sadiq BP şirkətində işləmişdi və oradan yol verdiyi xidməti pozuntulara görə qovulmuşdu. Lakin Azərbaycan və Böyük Britaniya vətəndaşı olan Emin Sadiq tezliklə "Bahar Energy” şirkətinə başçılıq etməyə başladı. Təyinatının ilk ayları ərzində şirkətdən bütün mütəxəssisləri işdən azad etdi, öz dostlarını və tanışlarını şirkətə gətirib onlara böyük pullar verməyə başladı. Məsələn, Emin Sadiqin şəxsi katibəsi Ukraynadan olan tanınmış model Ninel Kolomoytseva idi.

Emin Sadiq həmçinin Bakıdakı "Lacoste” mağazalar şəbəkəsinin sahibi kimi tanınırdı. Həmin mağazalar şəbəkəsini Britaniya vətəndaşlığını alandan sona açmışdı.

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...