Həkim yaydığı videoya görə işdən çıxarıldı - Prezidentə müraciət: "Bütün həkimlər ayağa qalxıb" + VİDEO

Həkim yaydığı videoya görə işdən çıxarıldı - Prezidentə müraciət:
 Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan tibb elmləri namizədi Səbinə Məmmədova institutun direktoru Həqiqət Qədirova ilə mübahisəsi ona baha başa gəlib.

Xatırladaq ki, o, iclasda direktora "Siz burada oturub camaata torba tikməklə məşğulsunuz. Mən bu cəfəngiyyata qulaq asan deyiləmdeyərək, ona etiraz etmişdi. Bu hadisəni əks etdirən video sosial şəbəkələrdə və bir çox saytlarda yayılaraq, böyük müzakirələrə səbəb olub. 

Sfera.az unikal.org-a istinadən xəbər verir ki, direktora etiraz edən tibb elmləri namizədi Səbinə Məmmədova yayılan videoya görə yanvarın 13-də vəzifəsindən uzaqlaşdırılıb.

S.Məmmədova bildirib ki, institutun direktoru ona qarşı çıxan bütün həkimləri əsassız olaraq müəssisədən uzaqlaşdırır: "Əlimdə faktlarım var, haqqımı tapdadılar. Həqiqət Qədirova bütün həkimləri çıxarıb əvəzinə pul müqabilində öz adamlarını instituta işə qəbul edir. Mən tibb elmləri namizədiyəm. 20 il şöbə müdiri vəzifəsində çalışmışam. Əvvəlcə şöbə müdirliyindən, sonra isə həkimlikdən uzaqlaşdırıldım. Onu məhkəməyə verəcəm. Təkcə mən yox, bütün həkimlər ayağa qalxıb. Etiraz edən bütün həkimləri işdən kənarlaşdırır”.

Qeyd edək ki, S. Məmmədova işdən çıxrarılması ilə bağlı Prezident İlham Əliyevə videomüraciət ünvanlayıb.



                            

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...