Avstriyalı mütəxəssislər alpinistlərin axtarışlarını dayandırdılar - VİDEO

Avstriyalı mütəxəssislər alpinistlərin axtarışlarını dayandırdılar - VİDEO
 Avstriyalı mütəxəssislər alpinistlərin axtarışlarını dayandırdılar

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışlarında iştirak edən Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisləri bir neçə gündən sonra axtarışları dayandıraraq ölkəmizi tərk edib.

Bu barədə Oxu.Az-a axtarış tədbirlərində iştirak edən mənbə məlumat verib.

Məlumatda qeyd olunur ki, itkin düşmüş alpinistlərin tapılması istiqamətində aparılan axtarış-xilasetmə işlərində avstriyalı mütəxəssislərin bilik və təcrübələrini bölüşüblər. Sonrakı günlərdə xarici mütəxəssislər Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə bir qrup jurnalistlə görüşüb, onlara bəzi açıqlamalar verib. 

Avstriya Daxili İşlər Nazirliyinin dağ-xilasetmə polisi Adolf Herrer jurnalistlərə bildirmişdi ki, bu vaxtlar axtarış aparmaq çox risklidir.

 

Axtarış işlərində heç bir nəticə əldə etməyən Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisləri növbəti günlərdə ölkəmizi tərk edib.

Mənbə bildirib ki, hazırda axtarış işlərini yerli xilasedicilər və Türkiyədən olan iki mütəxəssis aparır. 

Onu da bildirək ki, axtarışlardan 20 günə yaxın vaxtın keçməsinə baxmayaraq, alpinistlərdən heç bir iz tapılmayıb.

Məsələ ilə bağlı FHN-ə müraciət etsək də, şərh almaq mümkün olmayıb.

Qeyd edək ki, itkin düşmüş alpinistlərin bir qrup dostları axtarışlar üçün əlavə tədbirlərin görülməsi ilə bağlı təkliflər hazırlayıblar. Onlar dünyanın müxtəlif ölkələrində xilasetmə işlərində istifadə edilən müasir texnikaların alınaraq ölkəmizə gətirilməsini istəyiblər. Alpinistlər əlavə olaraq dövlət qurumlarından Türkiyə Dağçılıq Federasiyası (TDF) və Arama Kurtarma Derneği (AKUT) xilasedicilərinin də axtarış-xilasetmə prosesinə cəlb olunmasını təklif ediblər. 

Xatırladaq ki, "Gilavar” Hava-Ekstrim İdman Klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyadzadə dekabrın 23-də Quba rayonunun Xınalıq kəndi istiqamətindən Tufandağa (4191m) yürüşə çıxıblar. Dekabrın 24-də ailələri ilə danışan alpinistlərlə az sonra əlaqə itib.

Fövqəladə Hallar Nazirliyi dekabrın 27-dən alpinistlərin axtarışına başlayıb.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.fera

Sfera.az



OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...