Ailənin tək oğlunun Türkiyədən cənazəsi gəldi - 22 yaşlı oğlanın müəmmalı ölümü

Ailənin tək oğlunun Türkiyədən cənazəsi gəldi - 22 yaşlı oğlanın müəmmalı ölümü
 Ata çörək pulu arxasınca Rusiya, gənc oğul isə Türkiyəyə üz tutmuşdu. Bir müddətdən sonra ata oğlunu vətənə gətirdi, amma cansız bədənini.

Sfera.az pressclub.az-a istinadən xəbər verir ki, Qazax rayon, Qazaxbəyli kənd sakini Hüseynin qəfil ölümü hər kəsi təəccübləndirib. İşləmək üçün Türkiyəyə gedən 22 yaşlı gəncin vəfatı hər kəsi sarsıdıb. Onunla gedən yoldaşları deyirlər ki, Hüseynin indiyə kimi səhhəti ilə bağlı ciddi şikayəti olmayıb.

Faciə ötən ilin dekabrında Türkiyənin Balıkesir vilayətinin Yeniköy qəsəbəsində baş verib.

Qazaxbəyli kəndinin üç gənci qazanc arxasınca həmin ünvana üz tuturlar. Orada hind toyuğu saxlayan fermerin yanında muzdurluq edirlər.

İşdən sonra yoldaşları əylənmək üçün evdən çıxsalar da, Hüseyn evdə istirahətə üstünlük verir. Qayıdanda isə evdə onu ölmüş vəziyyətində tapırlar.

 

1995-ci təvəllüdlü Məmmədov Hüseyn Məhəmmədəli oğlunun yoldaşı Coşğun bildirir ki, Hüseyn divanda uzanıqlı vəziyyətdə qalmışdı və qulağından qan gəlirdi. "İndiyə qədər səhhətindən şikayətçi olmamışdı, sadəcə arada deyirdi ki, böyrəkləri ağrıyır".

Oğlunun qara xəbərini alan ata cənazəni gətimək üçün Rusiyadan Türkiyəyə gedir.

Həkimlər ölüm səbəbi kimi beyinə qansızma göstəriblər. Lakin bu səbəb doğmalarını razı salmayıb. Onlar sağlamlığından şikayətçi olmayan gəncin qəfil ölümündə şübhəli məqamaların oduğu qənaətindədirlər.

Hüseyn iki bacının bir qardaşı idi.


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...