104 yaşlı çeçen qarını Kərbala adına Gədəbəyə göndərdilər, küçədə tapıldı… - FOTO

104 yaşlı çeçen qarını Kərbala adına Gədəbəyə göndərdilər, küçədə tapıldı… - FOTO
 Çeçenistan sakini olan 104 yaşlı qarı Yeni il ərəfəsində Azərbaycanın Gədəbəy rayonunda küçədə soyuqdan donarkən tapılıb və Bakıda sığınacağa yerləşdirilib.

Sfera.azxəbər verir ki, bu barədə virtualaz.org saytına qadına sığınacaq verən "Təmiz Dünya"  Qadınlara Yardım İctimai Birliyindən məlumat veriblər.

Pasport məlumatlarına görə düz 104 yaşı olan Mədinə Əliyevanı Gədəbəy Rayon Polis İdarəsinin   əməkdaşları küçədə soyuqdan donmuş halda tapıblar. 1 əsrdən çox yaşamış qadına Gədəbəydə  ilkin tibbi yardım göstərilib, isti paltar, yemək verilib. Yanvarın 1-də isə onu Bakıya - "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına göndəriblər.

İctimai birliyin rəhbəri Mehriban Zeynalova deyib ki, sənədlərində Mədinə Əliyevanın 1914-cü ildə doğulduğu qeyd edilir. Qadın Rusiya vətəndaşıdır, Çeçenistanda qeydiyyatdadır, lakin Azərbaycan dilində sərbəst danışır. O, Gədəbəyə necə gəldiyini xatırlamır.

Mədinə Əliyeva çətin həyat sürdüyünü deyir, bildirdiyinə görə sovet dövründə sürgün edilib, övladı olmayıb. "Anam çeçen, atam ərəbdir. Məkkədə doğulub, böyümüşəm. Sonradan anam məni götürərək Çeçenistana qayıdıb. Oradan isə sürgün edilmişik", - Mədinə Əliyeva  özü barədə bunları deyib.

Danışdıqlarına əsasən, Çeçenistanda Mədinə Əliyevaya atasının dostu sahib çıxıb. 15 yaşında ərə verilib. Lakin övladı olmayıb, həyat yoldaşı dünyasını dəyişəndən sonra alverlə dolanıb. Əliyeva deyir ki, Azərbaycandan mal alaraq Çeçenistanda satırmış. Son 2 ilə qədər Azərbaycana mütəmadi gəlib-gedib, dilimizi də elə alverçilərdən öyrənib.

 

Mehriban Zeynalova bildirib ki, Mədinə Əliyeva Çeçenistandan Kərbala ziyarətinə getmək üçün yola çıxdığını, lakin 3 qadın tərəfindən aldadılaraq Azərbaycana gətirildiyini deyir. Bildirir ki, 200 dollar pulu, sənədləri və qulağındakı qızıl sırğalar oğurlanıb.

"Mədinə Əliyeva izahatında göstərib ki, qulaqlarındakı sırğa, pul və sənədlərini 3 qadın götürüb. Onu Gədəbəyə niyə apardıqları da bəlli deyil. Hazırda araşdırma aparılır", - M.Zeynalova əlavə edib.

M.Əliyeva yeriməkdə çətinlik çəkir, kömək olmadan yemək yeyə, özünə baxa bilmir. Buna baxmayaraq, Çeçenistanda evi olduğunu, geri qayıtmaq istədiyini deyib. Buna görə də, o, Bakının Xətai rayon ərazisində yerləşən Tereza Ana sığınacağına köçürülüb. Onun Çeçenistana köçürülüb-köçürülməyəcəyi yaxın günlərdə bəlli olacaq.


OXŞAR XƏBƏRLƏR

İdmançımız Gürcüstanda gümüş medal qazanıb

Azərbaycan kikboksçusu Ümid Bağırov beynəlxalq turnirdə uğurla çıxış edib.   Sfera.az xəbər verir ki, idmançımız Gürcüstanın Qardabani şəhərində keçi...

Hansı kərə yağını almaq daha yaxşıdır?

Bir çox evdar qadınlar əmindirlər ki, yağ tərkibi 72 faiz olan kərə yağı keyfiyyətsiz məhsuldur və buna görə də onu mağazalardan almağa qorxurlar.   ...

Trampın gəlinindən gözlənilməz qərar

​​​​​​ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gəlini Lara Tramp hazırkı senator və dövlət katibi vəzifəsinə namizəd Mark Rubionun xeyrinə Florida ştatınd...

Yeni il yolkası neçəyə başa gəlir? - QİYMƏTLƏR

Yeni il bayramının ən önəmli simvollarından biri də məhz yolkadır. İstər uşaqların, istərsə də böyüklərin sevimlisi olan Yeni il yolkaları təkcə parklarda və ic...

Rafael İsgəndərovun nəvəsi ilə videosu gündəm oldu

Əməkdar artist Rafael İsgəndərovun sosial şəbəkədə paylaşdığı yeni video izləyicilərin marağına səbəb olub.   Məşhur aktyor nəvəsi Zəhra ilə birlikdə...

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb.   Sfera.az nazirliyin m...