Bakıda üzərində “СЭР” döyməsi olan kişi meyiti tapıldı – FOTO

Bakıda üzərində “СЭР” döyməsi olan kişi meyiti tapıldı – FOTO
 Yanvarın 3-də Səbail rayonunun Ü.Hacıbəyli küçəsindəki yaşayış binalarının həyətində təxminən 35-40 yaşlarında olan naməlum kişi meyiti aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, onun xarakterik əlamətləri belədir: boyu 170 santimetr, arıq bədən quruluşlu, sarı saçlı, gözləri yaşıl, sinəsinin sol hissəsində alova bənzər döymə, sol biləyinin nəbz hissəsində isə "СЭР” yazıları olan döymələr, əynində qara cins şalvar, qara gödəkçə, sarı və qırmızı zolaqları olan jaket və qara idman ayaqqabısı var.

Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə (012) 437-02-02, 39-cu Polis Bölməsinə (012) 498-02-02, həmçinin (050) 636-60-60, (055) 344-24-64, (055) 271-08-08 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...