Azərbaycanda çempionu bıçaqladılar- VİDEO

Azərbaycanda çempionu bıçaqladılar- VİDEO
 Kempo üzrə Avroasiya çempionu, kikboksinq üzrə respublika çempionu Ceyhun Niyazov bıçaqlanıb.
 
1994-cü il təvəllüdlü idmançı yaşadığı Ağcabədi rayonunda Cəlil Əsədov tərəfindən hücuma məruz qalıb və ağır yaralanıb. Məlumata görə, hadisə C.Əsədovun idmançının işlətdiyi kafeyə hücum etməsindən sonra baş verib. 

AZXEBER.COM xəbər verir ki, xəbəri idmançı BakuPost.az-a təsdiqləyib. Bildirib ki, həmin şəxs kafeyə daxil olaraq, səs-küy salmağa başlayıb. Onu sakitləşdirmək istədikdə isə hadisə baş verib: "Mənə 7 bıçaq zərbəsi vurdu. Yaxşı ki, vaxtında xəstəxanaya çatdırılmışam. Ağrılarım çox olsa da, indi vəziyyətim normal qiymətləndirilir”.
 
İdmançının sözlərinə görə, hadisə dekabrın 27-də baş verib. O, xəstəxanadan evə dünən buraxılıb, amma müalicəsi davam etdirilir. 

Hadisəni törədən şəxs hələ saxlanılmayıb. Onun narkotik asılılığından əziyyət çəkdiyi bildirilir.
 
Məsələ ilə bağlı Ağcadəbi rayon Polis Şöbəsiondən münasibət öyrənmək mümkün olmayıb.
 
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Cümşüdün toyu olacaqmış: Ürəkparçalayan məktub - FOTO

Bir neçə gün əvvəl Bakıda faciəvi şəkildə həlak olan Cümşüd Cümşüdlünün məzarını sevgilisi ziyarət edib.   Sfera.az Azxeber.com-a istinadən xə...

Laçında İƏT-in Qadınlar Forumu keçirilir

İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq “İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Həftəsi” çərçivə...

Yekaterinburqda azərbaycanlıları öldürən OMON-çuların FOTOSU

Rusiyanın Yekaterinburq şəhərində iyunun 27-də hüquq-mühafizə orqanlarının azərbaycanəsilli şəxslərə qarşı həyata keçirdiyi hücumda və soydaşlarımızın qətlində ...

Yekaterinburq hadisəsi: Baş Prokurorluqda brifinq keçirilir

Xəbər verdiyimiz kimi, Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçirdiyi əməliyyat zamanı iki azərbaycanlının öldürülməsi ...

Azərbaycanda 100 nəfərə yaxın insan ZƏHƏRLƏNİB, 3-ü dünyasını dəyişib

İyun ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 99 nəfər qəbul edilib.   Bu barədə Sfera.az-a KTM-dən məlu...

Biləcəri qəsəbəsində işıq olmayacaq

Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a “Azərişıq&rdqu...