Logo

Şamaxıda DƏHŞƏTLİ QƏZA: Boru sürücünün qasığından girərək belindən çıxdı

Şamaxıda DƏHŞƏTLİ QƏZA: Boru sürücünün qasığından girərək belindən çıxdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Şamaxıda yolda baş verən bədbəxt hadisə nəticəsində sürücü ağır yaralanıb.

Sfera.az "Report”a iatinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Nağaraxana kənd sakini Rəşayiq Pərviz oğlu Məmmədov avtomobil idarə edər zaman yolun ortasında olan dəmir boru avtomobilin alt hissəsini deşərək sürücünün qasıq nahiyəsinə girib.

O, ağır vəziyyətdə "təcili yardım” maşını ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxananın Cərrahiyyə şöbəsinin müdiri Ədalət Həmidov "Report”a bildirib ki, xəstə ağır vəziyyətdə şöbəyə daxil olub və ilkin müayinələr zamanı müəyyən edilib ki, dəmir boru xəstənin xayalıq hissəsindən daxil olaraq sağ bel nahiyəsindən çıxıb.

Xəstə ilkin tibbi yardım aldıqdan sonra Bakının Tibb Univeristetinin Tədris Cərrahiyə Klinikasına göndərilib.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR