Ailəsi ilə son dəfə yemək yeyib, özünü asdı - 21 yaşlı oğlanın faciəli sonu

Ailəsi ilə son dəfə yemək yeyib, özünü asdı - 21 yaşlı oğlanın faciəli sonu
 Dekabrın 24-nə keçən gecə Ağstafanın Yeni Gün kəndində baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
 
Həyatına son qoyan 1996-cı il təvəllüdlü Mərdanov Eynal Mərdan oğlu və atası taksi fəaliyyəti ilə məşğul olurmuş. O, ailə üzvləri ilə birgə dekabrın 23-də gecə saatlarında şam yeməyi yeyib. Daha sonra hamı yatıb. Dünən səhər saatlarında isə 21 yaşlı oğlanın özünü həyətdəki tikilinin qarşısında asdığı məlum olub.

Kənd sakinləri və yaxınları Eynalı tərbiyəli, sakit təbiətli gənc kimi tanıyıb. Onun özünü öldürməsinin səbəbi hər kəs üçün müəmmalı qalıb.

Faktla bağlı cinayət işi açılıb, intiharın səbəbi araşdırılır.
 
///Lent.az 

OXŞAR XƏBƏRLƏR

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...