Logo

20 yaşlı tələbə Mərkəzi Klinik Xəstəxanada əməliyyat zamanı dünyasını dəyişib

20 yaşlı tələbə Mərkəzi Klinik Xəstəxanada əməliyyat zamanı dünyasını dəyişib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

20 yaşlı tələbə Mərkəzi Klinik Xəstəxanada əməliyyat zamanı dünyasını dəyişib

Xəbər verdiyimiz kimi, Bakıda 20 yaşlı tələbə Xankişi Mirzəyev cərrahi əməliyyat zamanı ölüb.

AZXEBER.COM xəbər verir ki, mərhum ürək əməliyyatını Mərkəzi Klinik Xəstəxanada keçirib.

Mərhumun yaxınları portalımıza bildirib ki, bu Xankişinin ikinci əməliyyatı olub: "O ilk əməliyyatı 9-cu sinifdə keçirmişdi. Son zamanlar yenidən ürəyindən şikayətlənirdi. İkinci dəfə əməliyyat üçün Mərkəzi Klinik xəstəxanaya müraciət etmişdi. Hələ də sarsıntıdan özümüzə gələ bilmirik. Allah rəhmət eləsin"

Qeyd edək ki, Mirzəyev Xankişi Azərbaycan Pedaqoji Universitetinin Quba filialının Təhsildə sosial-psixoloji xidmət ixtisasının 3-cü kurs tələbəsi olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR