Bakıda məşhur mağazada biabırçılıq - Ana ilə 4 yaşlı uşağı girov saxladılar

Bakıda məşhur mağazada biabırçılıq - Ana ilə 4 yaşlı uşağı girov saxladılar
 

Bakı sakini Leyli Qəzibəyova geyim dükanı olan "Coco” dan şikayətçidir.
Sfera.az"Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə o Azad İstehlakçılar Birliyinin rəhbəri Eyub Hüseynova məktubla müraciət edib.  O qeyd edib ki, 19.12.2017 tarixdə Xəqani küçəsi 21 ünvanda yerləşən "COCO” dükanına mal almaq üçün daxil olub:
"Övladımın  4 yaşı var və o da  mənim yanımda idi.  Uşaq çox sıxlıq olan dükanda manikenə toxundu, nəticədə maniken aşdı və pencəyin yaxasında olan dəmir broşka harasa toxunub bəzəklərdən ikisi qopdu.
Ancaq broşka qətiyyən qırılmadı.
İşçilər məni günahlandırdı və hər ikimizi dükandan buraxmayacaqlarını bildirdi.
Qopmuş düymələr üçün 45 AZN pul tələb etdilər. Hansı ki, bu kiçik plastmas (və ya şüşə) düyməcikləri istənilən yapışqanla bir dəqiqəyə asanlıqla yapışdırmaq olardı. Əslində dükanda bizi "həbs” edib 45 AZN-i tələb etdilər. 
Mən məcbur olub 45 AZN ödədim, bu saat təxminən 15:00 idi. Mənə ödədiyim məbləğ müqabilində kassa çeki verilmədi, broşkanı selofana qoyub mənə verdilər.
 Evdə atam bunu bildikdə broşkanı götürüb dükana getdi,broşkanın qiymət sənədini və düşən plastmasın qiymət sənədini tələb etsə də, heç bir sənəd göstərilməyib .Atam müdirdən broşkanın düşən bəzəyinin yapışdırılıb qaytarılmasını təklif edib 45 AZN-i tələb etsə də hələ ki,ödənilməyib.
Xahiş edirəm mənim istehlakçı hüquqlarımın təmənnasız qorunmasına köməklik edəsiniz, broşka qaytarılsın ,ödədiyim 45 AZN mənə verilsin”.

 

 


OXŞAR XƏBƏRLƏR

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...

Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.   Sfera.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovan...