Bulvarda dənizə düşən qızı xilas etmək üçün 2 oğlan suya atladı -Az qala onlar da boğulacaqdı

Bulvarda dənizə düşən qızı xilas etmək üçün 2 oğlan suya atladı -Az qala onlar da boğulacaqdı
 Bakı bulvarında dənizdə batmaq təhlükəsi ilə üzləşmiş üç gənc xilas edilib. 

Sfera.az Lent.az-a istinadən xəbər verir ki, Dənizkənarı Milli Parkın Qız Qalası ilə üzbəüz hissəsində 1999-cu il təvəllüdlü Ağayeva Şəfiqə Sabir qızı selfi foto çəkdirmək istəyərkən ehtiyatsızlıqdan dənizə yıxılıb. 

Bu zaman qızın yanında olan tələbə yoldaşları Nadirzadə Tağı Rövşən oğlu və 2000-ci ildə anadan olmuş Rzayev Murad Azər oğlu onu xilas etmək üçün dənizə atılıblar. 

Suyun soyuq olması və üzə bilməmələri səbəbindən hər üç gənc boğulmaq təhlükəsiz ilə üzləşib. Hadisə yerinə gələn mühafizə əməkdaşlarının köməkliyi ilə gənclər xilas edilib.

Qeyd edək ki, xilas edilən gənclərin 3-ü də Azərbaycan Maliyyə İqtisad Kollecinin 3-cü kurs tələbələridir.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Sabah bu ərazilərdə işıq olmayacaq

Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq “Babək” hava xəttində 3 iyul tarixində təmir işi aparılacaq.   Sfera.az xəbər ver...

Türkiyədə şəxsi təyyarə qəzaya düşdü - İtkinlər var

Türkiyənin Bayburt-Ərzurum sərhədində şəxsi təyyarə qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb. &nb...