"Bazarstore"da bədbəxt hadisə: Adam öldü

"Bazarstore" marketində 34 yaşlı qadın keçinib.

Sfera.az ölkə.az-a istinadən xəbər verir ki, hadisə ötən gün Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən "Bazarstore” supermarketlər şəbəkəsinə məxsus mağazada qeydə alınıb. Mağazanın işçisi, 1983-cü il təvəllüdlü Səidə Atababayeva ürək çatışmazlığından dünyasını dəyişib. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələr aparılıb. 

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Binəqədi rayon şöbəsinə aparılıb. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR