Bakıda məşhur klinikada həkim səhvi faciəyə səbəb oldu - 20 yaşlı qız ölüm ayağında

Bakıda məşhur klinikada həkim səhvi faciəyə səbəb oldu - 20 yaşlı qız ölüm ayağında
Bakıda "Grand Hospital”da həkim səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından 20 yaşlı qız komaya düşüb.
 
Sfera.az Medicina.az-a istinadla xəbər verir ki, hadisə noyabrın 30-da qeydə alınıb. Belə ki, damarın hemangioması diaqnozu ilə xəstəxanaya aparılan 1997-ci il təvəllüdlü Ayşən Mirzəyevaya anju olunub. Xəstəxanada çalışan invaziv radioloq İlqar Hüseynov qızın ailəsinə göz qapağının altında olan ləkənin aparılması üçün əməliyyat lazım olduğunu deyib. Həkim həmin hissəyə gedən damarın bağlanılacağını, bununla da problemin həll olunacağını bildirib. Lakin əməliyyat zamanı damarı bağlamaq üçün istifadə olunan material beyinə gedib və orada ilişib qalıb. Bu isə Ayşənin komaya düşməsinə səbəb olub. Həkimlər qızın sağalacağına ümid etmirlər. 

A.Mirzəyevanın atası Əlimusa Mirzəyev məsələ ilə bağlı Medicina.az-a danışarkən bildirib ki, xəstəxana heyəti qızın komnaya düşdüyünü ailəsindən gizlədib: "Hadisə ayın 30-da olub. Lakin bizdən gizlədirdilər. Deyəndə ki, niyə uşağı görə bilmirik, deyirdilər, boğazının altında problem yaranıb, həll olunur. Daha onun komada olduğunu demirdilər. Görünən odur ki, işin üstünün açılmasından qorxublar və bizə demədən özləri həll etmək istəyiblər. Bacarmadıqda isə məcbur olub açıqlayıblar”. 

Ə. Mirzəyev qızının əməliyyatı üçün həkimin 6400 manat pul istədiyini bildirib: "Qızımı həkimə gətirəndə dedilər ki, sadə əməliyyatdır, heç bir həyati təhlükəsi ola bilməz. Əməliyyat xərcinə gəldikdə isə 6400 manat pul istədilər. Biz də razılaşdıq və öncədən 3150 manat ödədim. Mən hardan bilərdim ki, başımıza belə bir oyun açacaqlar?!”

Məsələ ilə bağlı əməliyyatı edən həkim İlqar Hüseynov əməkdaşımızın suallarına cavab verməyib: "Saat 5-dən sonra zəng edərsiniz”.

Baş həkim Həbib Yüzbaşov da danışmağa vaxtının olmadığını bildirib.
 
Fotoda invaziv radioloq İlqar Hüseynov

 
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...