Bakı metrosunda həyəcanlı anlar yaşandı: Sərnişindən ağlasığmaz hərəkət

Bakı metrosunda həyəcanlı anlar yaşandı: Sərnişindən ağlasığmaz hərəkət
Bu gün saat 18:45-də 1977-ci il təvəllüdlü, Bakı şəhər sakini Nuriyev Sabir Siyavuş oğlu həyatını təhlükəyə ataraq 14 saylı marşrut üzrə hərəkət edən qatarın 1-ci və 2-ci vaqonların arasında getməyə cəhd göstərib. 

Sfera.az-ın .xəbərinə görə, bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev öz Facebook səhifəsində yazıb.

Metropoliten əməkdaşları "Gənclik” stansiyasında hadisənin qarşısını almaqla yanaşı yaşana biləcək bədbəxt hadisəyə də mane olublar.

Adıçəkilən şəxs polis əməkdaşlarına təhvil verilib. Bakı metropolitenində polis şöbəsinin əməkdaşları tərəfindən faktla bağlı araşdırma aparılır.

"Bakı metropoliteni” sərnişinlərdən bir daha xahiş edir ki, bu cür təhlükəli hallara yol verməsinlər və metropolitendən istifadə qaydalarına riayət etsinlər.

 

Sfera.az



OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...