Bakı metrosunda sərnişinlərə qənim kəsilən şəxs tutulub

Bakı metrosunda sərnişinlərə qənim kəsilən şəxs tutulub
 Bakı Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında cibgirliklə məşğul olan şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbiri keçirilib.

Sfera.az xəbər veirr ki, bu barədə "Report"a DİN mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Bakı şəhər sakini Rəna Hacıyevanın, Neftçala rayon sakini Səid Qurbanovun və bir əcnəbi vətəndaşın Metropolitendə Polis Şöbəsinə mobil telefonlarının oğurlanması barədə müraciətləri əsasında başlanan əməliyyat-axtarış tədbirləri ilə bu cinayəti törətməkdə şübhəli bilinən şəxs dekabrın 1-də metronun "Elmlər Akademiyası” stansiyasında saxlanılıb.

Araşdırmalarla paytaxt sakini, əvvəllər məhkum olunmuş İlham Axundovun noyabrın 24-dən dekabrın 1-dək olan müddətdə metronun müxtəlif stansiyalarında cibgirlik yolu ilə "Samsung”, "Samsung Galaxy Note5” və "İphone-6S” markalı 3 mobil telefonu oğurlaması müəyyən edilib.

Baxış zamanı onun üzərindən maddi sübut kimi götürülmüş "İphone-6S” markalı mobil telefonun əcnəbi vətəndaşa məxsus olduğu üzə çıxıb.
Faktla bağlı Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.

İ.Axundovun digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...