Nazirlik əməkdaşı döyüb qaçdılar

Nazirlik əməkdaşı döyüb qaçdılar
 Dekabrın 2-də  axşam saatlarında Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Cəlilabad meşəbəyliyinin 4 saylı dolayının meşə gözətçisi Əfqan Abıyev meşə ərazisində qanunsuz olaraq ağac kəsən bir qrup şəxs  tərəfindən döyülüb və ona ağır bədən xəsarətləri yetirilib.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-ya verilən məlumata görə, meşə gözətçisi Ə.Abiyev mühafizə etdiyi meşə sahəsində bir neçə şəxsi ağac kəsərkən yaxalayıb, onlara meşədən qanunsuz ağac kəsdiklərini və buna görə məsuliyyət daşıdıqlarını izah edib, barələrində qanunamüvafiq tədbir görmək istəyən zaman qanun pozucuları meşə gözətçisinin qanuni tələblərinə məhəl qoymayıb, əksinə onu təhqir edib və fiziki təzyiqlər göstərməklə ağır bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıblar.
 
Ağır bədən xəsarətləri alan meşə gözətçisi xəstəxanaya yerləşdirilib. İlkin müayinə zamanı qabırğasının çatladığı, bədəninin bir neçə yerində əzilmələr olduğu müəyyən edilib.  Hazırda o, xəstəxanada həkim nəzarəti altında müalicə olunur.
 
Faktla bağlı rayon polis şəbəsinə məlumat verilib. Müəyən edilib ki, meşə gözətçisinə xidməti vəzifəsini icra edərkən ağır bədən xəsarətləri yetirənlər rayonun Musalı kənd sakinləri  Cavid İsfəndiyar oğlu Muradov, Şəmu Yavər oğlu Muradov, Şəhram Abasəli oğlu Həsənovdur.  
 
Qeyd edək ki, nazirliyin əməkdaşlarına qarşı bu cür insidentlər dəfələrlə baş verib, meşələrin mühafizəsi zamanı meşə işçiləri ayrı-ayrı şəxslərin ciddi müqavimətləri, fiziki təzyiqləri ilə üzləşib: "Bildirik ki, meşələrə qanunsuz müdaxilələrin qarşısı meşə işçilərinin həyatı bahasına alınır, xeyli sayda təbiət mühafizəçisi fiziki təzyiqlərə məruz qalaraq yaşıllıqların, ətraf mühitin qorunmasında fədakarlıq göstərir".


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...