"Azəravtoyol"un texnikası Xırdalanı işıqsız qoydu

 Bu gün səhər saatlarında Xırdalan şəhərinin Quşçuluq massivi ərazisində yol inşaatını həyata keçirən Azəravtoyol ASC-nin traktoru yeraltı elektrik xəttini zədələyib.
Sfera.az report-a istinadən məlumatına görə, "Saray 2” adlanan xəttin zədələnməsi nəticəsində adıçəkilən massivə elektrik enerjisinin verilişində fasilə yaranıb.

Məlumatda deyilir ki, bir neçə saat işıqsız qalan massivə günorta saatlarında elektrik enerjisinin verilişini təmin etmək mümkün olub.

OXŞAR XƏBƏRLƏR