Bakıda 22 yaşlı oğlanı niyə öldürdülər? – TƏFƏRRÜAT
Hadisə
16:51 / 28.11.2017
1067
Noyabrın 27-nə keçən gecə Bakının Sabunçu rayonunun İkinci Zabrat qəsəbəsində törədilmiş qətllə bağlı bəzi məqamlar üzə çıxıb.
Sfera.az lent.az-a istinadən xəbər verir ki, Zabrat sakini, 1994-cü ildə anadan olmuş Qasımov Zaur Akif oğlunun Naxçıvan sakini, 1995-ci il təvəllüdlü Məmmədov Xəyal Qorxmaz oğlunu münaqişə zəminində öldürdüyü ortaya çıxıb.
İlkin araşdırmalardan sonra məlum olub ki, hər iki şəxs bir-birilərini daha əvvəldən tanıyıb və İkinci Zabrat qəsəbəsində yaşayıblar. Təxminən 10 gün əvvəl internet klubda onlar arasında mübahisə düşüb. Bu zaman gəncləri yaxınlıqdakı şəxslər sakitləşdirib. Bir neçə gün sonra isə onlar həmin ərazidə yenidən rastlaşıblar və Zaur Xəyalı kənara çağırıb. O, özü ilə gətirdiyi bıçaqla 22 yaşlı Xəyalın döş qəfəsinə öldürücü zərbə vuraraq qaçıb. Köməyə gələn şəxslər Xəyalı xəstəxanaya çatdırsa da, artıq gec olub.
Zaur Qasımov hadisədən bir neçə saat sonra tutulub və törətdiyi əməli etiraf edib.