Azərbaycanda 20 hakimin səlahiyyətinə xitam verildi

Azərbaycanda 20 hakimin səlahiyyətinə xitam verildi
6 məhkəmə sədri və apelyasiya məhkəmələrinin 8 hakimi aşağı vəzifələrə keçirilib.

Bu il məhkəmə hakimiyyətində mənəvi cəhətdən saf şəxslərin təmsil olunması, hakim adına və nüfuzuna xələl gətirən şəxslərin məhkəmə sistemindən kənarlaşdırılması üzrə ardıcıl tədbirlər görülüb.   
 
Sfera.az APA-ya istinadən məlumatına görə, bunu ədliyyə naziri Fikrət Məmmədov 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə "Azərbaycan” qəzetində işıq üzü görən "Azərbaycan ədliyyəsi yeni inkişaf mərhələsi yaşayır” başlıqlı məqaləsində yazıb.
 
Ədliyyə naziri qeyd edib ki, birinci instansiya və apelyasiya məhkəmələrinin 115 hakiminin fəaliyyəti prinspial qiymətləndirilib: "Vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol vermələri nəzərə alınaraq, 20 hakimin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətinə xitam verilib, 6 məhkəmə sədri və apelyasiya məhkəmələrinin 8 hakimi isə aşağı vəzifələrə keçirilib”.
 
Ədliyyə naziri bildirib ki, cari ilin sonunadək ölkə üzrə bütün məhkəmələrin 60 faizini əhatə edəcək elektron məhkəmə sisteminin tətbiqi ədalət mühakiməsinə çatımlılığın asanlaşdırılmasına, onun səmərəsinə və keyfiyyətinə əsaslı təsir göstərməklə insanlara daha əlverişli və rahat şərait yaradacaq. 
 
Sfera.az 

OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

Minval.az redaksiyasına anonim məktub daxil olub.   Sfera.az sözügedən sayta istinadla xəbər verir ki, anonim məktubda 2024-cü ilin dekabrında q...

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...

Avstraliyada qasırğa: Sidney aeroportu işini dayandırdı

Avstraliyada tüğyan edən qasırğa Sidney hava limanının işinin pozulmasına səbəb olub.   Sfera.az xəbər verir ki, Sidney hava limanında 20-dən ço...

Rusiya iyul ayında bu əraziləri ələ keçirib

ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Rusiya 2025-ci ilin iyun ayında Ukraynada 588 kvadratkilometrlik əraziyə nəzarəti ələ keçirib....