Milli komandamızın üzvü həbs olundu

Milli komandamızın üzvü həbs olundu
Bakıda İran vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən Abşeron rayon sakinləri Orxan Atayev, futbolçu Miqdar Məmmədov və Məhərrəm Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Sfera.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən M.Məhərrəmov və Orxan Atayevə 8 il cəza təyin edilib. Ev dustaqlığında olan Miqdar Məmmədov isə 4 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərdən Miqdar Məmmədov futbolçudur. 17 yaşlardan ibarət milli komandamızın da şərəfini qoruyub. Bakının "İnter” klubunun üzvü olub.

Hər 3 təqsirləndirilən şəxs kafedə oturub yeyib-içiblər. Daha sonra İran vətəndaşı Murtəza Azər və Bakı şəhər sakini Sədi Məmiyev gənclərdən onları daha yaxşı əylənə, yeyib-içə biləcəkləri bir məkana aparmalarını istəyiblər və bildiriblər ki, onların hesabını da ödəyəcəklər.

Bakıda məkanlardan birinə gələn şəxslər yeyib-içiblər. Hesabın 750 manat olması yeni tanışların xoşuna gəlməyib. İran vətəndaşı bu qədər hesabı ödəməkdən imtina edib və yalnız özünün və tanışının payına düşən pulu ödəyib.

Onlar kafedən birlikdə çıxıblar. Binəqədi rayonunun Fatmayi qəsəbəsinə çatanda onlar mübahisə ediblər. 3 gənc dost Murtəza Azərə və Sədi Məmiyevə zor tətbiq edərək 750 manat pullarını alıblar. 
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...