Logo

Azərbaycanlı gənc meşədə donaraq öldü - Səbəb isə

Azərbaycanlı gənc meşədə donaraq öldü - Səbəb isə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Rusiyanın Amur vilayətinin Şimanovskiy rayonu Saskalinskiy qəsəbəsində azərbaycanlı gənc meşədə donaraq ölüb.

Sfera.az
 report-a istinadən xəbər verir ki, əslən Azərbaycanın Salyan rayonundan olan, Rusiya vətəndaşı 1986-cı il təvəllüdlü Səmədov Aleksey Abdurrəhman oğlunun meyiti qəsəbə sakinləri tərəfindən meşədə donmuş halda tapılıb.

Onun üzərində heç bir zorakılıq əlaməti olmayıb.

A.Səmədovun həvəskar ovçuluqla məşğul olduğu deyilsə də, meyiti aşkar olunan zaman ov alətləri və ya ov silahı yanında olmayıb. O doğulduğu qəsəbədə dəfn olunub.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR