Azərbaycanda 9 ballıq zəlzələ ola bilər

Azərbaycanda 9 ballıq zəlzələ ola bilər
 Son bir həftə ərzində bölgədə seysmoloji aktivlik müşahidə edilir.

Belə ki, noyabr ayının 12-də İran-İraq sərhədində baş verən 7,3 bal gücündəki zəlzələ nəticəsində böyük şəhərlərdəki yaşayış məskənləri yerlə yeksan olub. 530 nəfər həlak olub, 8000-dən çox insan yaralanıb. Zəlzələ İranla Azərbaycan sərhəddində olan Azərbaycan rayonlarında, Naxçıvan Muxtar Respublikasında hiss edilib.

Ötən gecə yerli vaxtla saat 23:48-də Ağdam rayon ərazisində 5.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ digər rayonlarda da hiss olunub. Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 3-5 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub.

Regionda yaşanan seysmoloji aktivliklə bağlı Metbuat.az-a açıqlama verən ekoloq, seysmoloq Ənvər Əliyev bildirib ki, zələlərə hər dəqiqə hazırlıqlı olmalıyıq:

"Zəlzələri qabaqcadan bilmək yox, qanunauyğunluğu tutmaq mümkündür. Yer kürəsində 3 istiqamətdə zəlzələ zonası var. Şimali Amerikadan başlamış Cənubi Amerika, Kuril adalarından başlamış İndoneziya və bizim regionun yerləşdiyi – Alp dağlarından İndoneziyaya qədər olan 3 seysmik zona mövcuddur. Yerin oynaq hissəsinə düşdüyünə görə, bu ərazilərdə müxtəlif vaxtlarda zəlzələr qeydə alınır. Alp dağlarından tutmuş, Qafqaz dağlarından Himalay dağlarına kimi olan ərazidə yerləşən ölkələrdə - Azərbaycan, Türkiyə, İran, İraq, Əfqanıstan, Pakistan, Hindistan və Avropa ölkələrində zəlzələ ehtimalı var. Lakin onun vaxtını heç kim öncədən deyə bilməz. Sadəcə, buna hazırlıqlı olmalıyıq”.

Seysmoloq zəlzələlərə necə hazırlıqlı olmaq haqqında da danışıb:

"Seysmik zonada tikilən bütün yaşayış infrastrukturlarında diqqətli olmaq lazımdır. Bizim ərazimizdə tikilən evlər, yollar, körpülər, məscidlərin tikintisini aparan şirkətlər bilməlidir ki, bura 7, 8, hətta 9 ballıq zəlzələ zonasıdır. Tikinti işləri bu istiqamətdə aparılmlıdır”.

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...