Logo

Bakıda dəhşətli hadisə: ölənlər və xeyli yaralı var

Bakıda dəhşətli hadisə: ölənlər və xeyli yaralı var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Sfera.az lent.az-a istinadən xəbər verir ki, Xəzər rayonu Qala-Pirallahı yolunda Rafael Əkbərovun idarə etdiyi "Mercedes” markalı, 99 GX 886 dövlət nömrə nişanlı avtomobil ilə Rövşən Bəydəmirovun idarə etdiyi "VAZ-2106” markalı, 10 GR 258 nömrəli maşın toqquşub.

Nəticədə "VAZ-2107”də olan sərnişinlərdən 52 yaşlı Babaxan Fətullayev ilə 5 yaşlı Elcan aldıqları xəsarətdən hadisə yerində ölüblər. Daha 5 nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onlardan 3-ü azyaşlıdır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR