Bakıda 8 yaşlı uşaq əməliyyat zamanı öldü (VİDEO)

Bakıda 8 yaşlı uşaq əməliyyat zamanı öldü (VİDEO)

8 yaşlı qız narkoz verildikdən sonra həyatını itirib.

 

Xezerxeber.az-ın məlumatına görə, hadisə Akademik Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinində baş verib. Uşağın atası, Sumqayıt şəhər sakini Sübhan Kərimov deyir ki, qızı iki ay bundan öncə qəfildən özündən gedib. Sumqayıt şəhər Uşaq xəstəxanasına gətirilən Şölə Kərimovaya müayinədən sonra böyrək çatışmazlığı diaqnozu qoyulub və müalicə üçün Bakıya yazılıb.

 

Bir neçə yerdə müalicə alan uşaq sonradan yenidən Sumqayıt şəhər Uşaq xəstəxanasına gətirilib. Burada isə dializ zamanı uşağın qolunda olan kataterdə qüsur aşkarlanıb. Kataterin dəyişdirilməsi üçün uşaq Səhiyyə Nazirliyinin göndərişi ilə Toçubaşov adına Elmi- Cərrahiyyə Mərkəzinə aparılıb. Sübah Kərimov iddia edir ki, sözügedən xəstəxananın həkimi Eldar Əliyev 8 yaşlı Şölə Kərimovanı heç bir müayinə etmədən ona narkoz verib. Nəticədə uşaq aldığı yüksək narkozun təsirindən dünyasını dəyişib.

 

Uşağın valideyni həmçinin iddia edir ki, uşaq dünyasını dəyişəndən sonra Patoloji Anatomiya Birliyində müayinədən keçmədən kəfənə bükülərək ailəsinə təhvil verilib. İndi ata qızının ölümündə günahı olan hər kəsin cəzalandırılmasını istiyir.

 

Akademik Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin baş həkimi Yusif Əliyev isə iddiaların yalan olduğunu və uşağın əməliyyata aparılamazdan əvvəl bütün müayinələrdən keçrildiyini bildirdi. Onun sözlərinə görə, xəstə əməliyyat olunmamışdan qabaq onun valideyinlərinə bu əməliyyatın uşağın həyatı üçün təhlükəli olacağı barədə xəbərdarlıq edilib. Hətta uşağın valideyinləri razılıq üçün qol da çəkiblər.

Məsələyə Səhiyyə Nazirliyi də münasibət bildirib. Qurumdan "Xəzər Xəbər"ə bildiriblər ki, hadisə ilə bağlı nazirliyin müvafiq şöbəsi tərəfindən araşdırmaya başlanılıb.

 

 

 

Sfera.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...