Azərbaycanda narkotikə görə vəzifəli şəxslər tutulub

Azərbaycanda narkotikə görə vəzifəli şəxslər tutulub
 Azərbaycanda 2017-ci ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2373 fakt aşkar edilib.

 Sfera.az Trend-ə istinadən xəbər verir ki, aşkar edilmiş faktlardan 678-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1455-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 196-ı qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 44-ü isə digərləri təşkil edib.

Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 25 kq 434,074 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 12 min 670 ədəd çətənə kolları, 8 kq 915,4 qr güclü təsir edən maddə, 58 kq 162,7 qr zəhərli maddə müsadirə olunub.

Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 599 kq 305 qr marixuana (58,4%), 173 kq 714,044 qr tiryək (16,9%), 180 kq 262,668 qr heroin (17,5%), 5 kq 564,2 qr həşiş (0,6%), 1545 ədəd həb, o cümlədən 4 kq 302 psixotrop maddələr (0,1%), 66 kq 677,752 qr digərləri (6,5%) təşkil edib.

Cinayət məsuliyyətinə 1955 nəfər cəlb edilib ki, onlardan 4-ü 18 yaşadək, 154-ü 18-25 yaşadək, 281-i 26-29 yaşadək, 1516-ı 30 yaşdan yuxarı, o cümlədən 21-i fəhlə, 7-i qulluqçu, vəzifəli və ya maddi məsul şəxs, 1- i nəqilyyat işçisi, 1726-ı işləməyənlər, 764-ü təkrar cinayət törətmiş şəxslər, 1926-ı kişilər, 29-u qadınlar, 36 nəfəri isə xarici ölkə vətəndaşları olub ki, onlardan da ümumilikdə 112 kq-dan artıq narkotik vasitə və psixotrop maddələr götürülüb.

Həmçinin, Daxili İşlər Nazirliyinin təşkilatçılığı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların iştirakı ilə 448 ha 36,86 sot ərazidən 173 ton 430 kq 202 qr (370 min 760 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilib.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2016-cı il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 29.448 nəfər qeydiyyatda olub ki, onlardan 24.056 nəfəri dispanser, 5.392 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 18 yaşa qədər 5 nəfər, 612 nəfəri qadın, 183 nəfəri toksikoman, 20.576 nəfəri (459 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2016-cı ildə 2.142 nəfər yeni qeydiyyata götürülüb, 1.249 nəfər isə qeydiyyatdan çıxarılıb.

OXŞAR XƏBƏRLƏR

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. &...

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...