Azərbaycanlı "nüfuzlu ailənin" qızı Türkiyədə həbs olundu - AĞLASIĞMAZ DƏLƏDUZLUQ - FOTO

Azərbaycanlı
 Türkiyədə Aysel H. adlı 25 yaşlı azərbaycanlı qadın dələduzluğa görə həbs olunub. O, daha üç nəfər dəstə üzvü ilə birlikdə Ədirnə şəhərində bir ailənin 40 min lirəlik qızılını oğurlamaqda şübhəli bilinir. Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Dəstə 11 yaşlı S.E.F adlı uşağı aldadaraq evdəki qızılları ələ keçirib. Ona zəng edərək atasının polis tərəfindən saxlandığını, onu qurtarmaq üçün evdəki qızılları verməli olduğunu deyiblər. 4 şübhəlidən biri – 26 yaşlı Osman A. evə girərək 40 min lirəlik qızılı uşaqdan alıb və digər şübhəlilər - 25 yaşlı Asel H, 23 yaşlı Xəlil A və 27 yaşlı Rəşid A. ilə birlikdə avtomobilə minərək qaçıb.

Atası evə gələndən sonra qızılların oğurlandığı ortaya çıxıb və ailə oğruların tapılması üçün dərhal polisə müraciət edib.

Axtarış zamanı qızıllar Aysel H.-nin alt paltarından tapılıb. Şübhəli qismində tutulan Aysel H. dələduzluq etməsindən xəbərsiz olduğunu, Azərbaycanda tanınmış və imkanlı ailəsinin olduğunu bildirib. O, qızılları itməmək üçün büstqalterinə qoyduğunu deyib: "Polislər bizi saxladıqda mən heç avtomobildən enməmişdim. Bizi sürət və ya hansısa qayda pozuntusuna görə saxladıqlarını düşündüm. Ona görə də, qızıllar itməsin deyə onları büstqalterimə qoydum. Qızılları axtardıqlarını biləndə onları özüm çıxarıb verdim. Mən Azərbaycan vətəndaşıyam, Türkiyədə iş icazəsi ilə yaşayıram. Çox yaxşı bir işim var. Ailəm Azərbaycanda tanınan ailədir, maddi durumumuz çox yaxşıdır”, - deyə Aysek H. bildirib.

Evə girib qızılları götürən dəstə üzvü Osman da ifadəsində dələduzluq etdiyindən xəbərsiz olduğunu bildirib: "Mənə 13 nömrəli evdən qızıllar götürməli olduğumu bildirdilər. Qapını balaca uşaq açdı, ondan qızılları alıb yoldaşlarımın olduğu avtomobilə getdim. Cahillik etdim, bunun dələduzluq olduğunu bilmirdim”, - deyə Osman A. bildirib.

Hazırda faktla bağlı araşdırma aparılır.

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İyulun pensiyası bu tarixdə ÖDƏNİLƏCƏK

İyulun 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.   Sfera.az xəbər verir ki, bu bar...

Avropada istiyə görə 2300-dən çox insan həyatını itirdi

Ötən həftə başa çatan kütləvi isti dalğası zamanı Avropanın 12 şəhərində 2300-ə yaxın insan dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə L...

Tikdirdiyi binadan hər qızına 5 mənzil verəcək

Türkiyəli müğənni İbrahim Tatlıses Şanlıurfanın Dağeteği ilə Germüş bölgələri arasında yerləşən və təxminən 20 il əvvəl satın aldığı torpaq sahəsindən böyük qaz...

Məhərrəmlikdə onların bazarı "ölür"

Azərbaycanda Məhərrəm ayının başlaması ilə bir çox sahələrdə bazarın durğunluğu müşahidə olunur. Xüsusilə Aşura günü və ondan sonrakı günlərdə əyləncə, şənlik v...

Uşaqların inkişafında cəmiyyətin rolu - ARAŞDIRMA

Uşaq və gənclərin inkişafı istənilən cəmiyyətin gələcəyinin təminatıdır. Onların fiziki və mənəvi sağlamlığı həm fərdi xoşbəxtlik, həm də sosial rifah baxımında...

Astarada marketdə istehlaka yararsız məhsullar aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Astara rayonu, Burzubənd kəndində fəaliyyət göstərən Cəmilə Əli qızı Əliyevaya məxsus ...