Logo

Sabirabadda dəhşətli qəza: 4 ölü

Sabirabadda dəhşətli qəza: 4 ölü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

08:25

Sabirabadda ağır yol qəzası baş verib.

Report-un xəbərinə görə, hadisə rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb.

Belə ki, KaMAZ markalı yük avtomobili ilə "Mersedes" markalı avtomobil toqquşub. Hadisə nəticəsində 3 nəfər ölüb, Füzuli rayon sakinləri - 22 yaşlı Araz Mehdi oğlu Xənimli, 21 yaşlı Etibar Məzahir oğlu Eyvazlı isə xəsarət alıb. İkinci yaralının vəziyyətinin kritik olduğu bildirilir.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Qəza nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Hadisə nəticəsində ağır xəsarət almış Etibar Məzahir oğlu Eyvazlı dünyasını dəyişib.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR