Sumqayıtda sərnişin avtobusu qəzaya düşdü: yaralılar var
Kateqoriya məlum deyil
Sumqayıtda sərnişin avtobusu ilə traktor toqquşub.
Hadisə şəhərin mərkəzindəki Sülh küçəsində baş verib. "Hunday" markalı, 90 JD 967 dövlət qeydiyyat nişanlı avtobusla "Combi" markalı texnikanın toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır. (lent.az)
Sfera.az






