İsmayıllıda dəhşətli qəza: 7 ölü, 3 yaralı
Kateqoriya məlum deyil
İsmayıllı rayonunda "Toyota” və "Opel” markalı iki minik avtomobili toqquşub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Sfera.az-a verilən məlumata görə, nəticədə "Opel” markalı avtomobilin sürücüsü və 6 nəfər sərnişini hadisə yerində ölmüş, digər avtomobildə olan 3 nəfər xəsarət alıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəsədləri və xəsarət alanları deformasiyaya uğramış avtomobildən çıxarmış və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.
Sfera.az






