Atalığından hamilə qalan 12 yaşlı qızdan YENİ XƏBƏR

Atalığından hamilə qalan 12 yaşlı qızdan YENİ XƏBƏR
 Balakəndə atalığı tərəfindən 12 yaşlı qızın zorlanması və nəticədə hamilə qalması xəbəri ötən ay ölkədə ciddi rezonansa səbəb olmuşdu.

Nəticədə Balakən rayon Məhkəməsinin qərarı ilə azyaşlını zorlayıb hamilə qalmasına səbəb olan həmin şəxs Şindiyev Elçin Qədir oğlu barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

BAKU.WS-in məlumatına görə, qızın hamiləliyinin hələ də pozulmadığı qeyd edilir. Bu barədə məlumat verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə qafqazinfo-ya bildirib ki, azyaşlı hazırda həkimlərin tam nəzarəti altındadır:

"O, Səhiyyə Nazirliyinin müvafiq xəstəxanalarından birinə yerləşdirilib. Onun hamiləliyinin pozulması barədə qərarı Səhiyyə Nazirliyi verməlidir. Onlar bir dəfə bu barədə yığışıblar, ancaq yekun qərar yəqin ki, bu günlərdə veriləcək. Qərarın gecikməsinə səbəb isə qaydalarla bağlıdır. Bildiyimiz kimi, hamiləlik 22 həftəni keçdikdən sonra onu pozmaq olmur. Bu azyaşlıda da vəziyyət elədir ki, onun hamiləliyi 22 həftəni keçib. Ancaq anası da birmənalı şəkildə hamiləliyin pozulmasını istəyir.

Bu cür travma almış uşaqlar hər gün psixoloq nəzarəti altında olmalıdır. Ancaq təəsssüf ki, xəstəxana rəhbərliyi bizi azyaşlı ilə görüşdürmür. Halbuki qanuna əsasən onunla görüşmək hüququmuz var”.

K. Ağazadə həmçinin qeyd edib ki, Azərbaycanda bu hadisə fors-majordur: "Çünki adətən uşaqlarda zorlanma nəticəsində hamilə qalma faktları 15 və ya 16 yaşları əhatə edib. Ancaq 12 yaşındakı qızın hamilə qalması birinci dəfədir ki, baş verir”.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...