Logo

Bakıda zəncirvari qəza: 4 avtomobil toqquşdu

Bakıda zəncirvari qəza: 4 avtomobil toqquşdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda zəncirvari qəza baş verib.

Hadisə bu gün səhər saat 08:35 radələrində paytaxtın Nobel prospektində, "Ağ şəhər" İnzibati Binasının qarşısında baş verib.

Prospektlə hərəkət edən avtomobillərdən biri idarəetməni itirib və digər avtomobilə çırpılıb. Hadisə nəticəsində digər avtomobillər də həmin avtomobillərə dəyib və nəticədə 4 avtomobil toqquşub.

Hadisə nəticəsində yolda tıxac yaranıb.

Hazırda yol polisləri əraziyə cəlb olunub, yolda hərəkətin tənzimlənməsi üçün tədbirlər görür. (trend)

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR