Logo

Bayram günləri yol qəzalarında 5 nəfər ölüb, 41 nəfər isə...

Bayram günləri yol qəzalarında 5 nəfər ölüb, 41 nəfər isə...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bayram günləri respublika ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, son üç gündə respublikanın avtomobil yollarında 30 yol-qəza hadisəsi qeydə alınıb. Nəticədə 5 nəfər ölüb, 41 nəfər xəsarət alıb.

K. Əliyev qeyd edib ki, bu gün bayramın sonuncu günü olduğu üçün magistral yollarda nəqliyyatın sıxlığı müşahidə oluna bilər: "Ona görə də sürücülərdən son dərəcə ehtiyatlı olmalarını, sürət həddini aşmamalarını və ötmə əməliyyatlarını yerinə yetirərkən diqqətli olmalarını tövsiyə edirəm”.  (apa)

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR