Logo

Zaqatalada müəllim intihar etdi

Zaqatalada müəllim intihar etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Zaqatalada 61 yaşlı kişi intihar edib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, sentyabrın 3-də saat 21.00 radələrində rayonun Suvagil kənd sakini, 1956-cı il təvəllüdlü Rəfail Oruc oğlu İsmayılovun meyiti yaşadığı evin həyətyanı sahəsində tikilmiş mal tövləsinin çardağından asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb. Rəfail İsmayılovun İntihar etməsi məlum olub.

Məlumatda bildirilir ki, Rəfail İsmayılov Suvagil kənd 1 saylı tam orta məktəbində tarix müəllimi işləyib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. (apa)

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR