Kürəkən general qayınatasının "Gelandewagen"inin təkərlərini deşdi

Kürəkən general qayınatasının

Bakıda bahalı maşınların təkərlərinin deşilməsi ilə bağlı hadisə baş verib.

Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda maşınların sahibi Etibar Hüseynov adlı şəxs polisə müraciət edib. O bildirib ki, ötən gün günorta saatlarında qızının həyat yoldaşı, Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Abdiyev Kamran Lətif oğlu ona məxsus olan Badamdar qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə daxil olub. Bu zaman o idarə etdiyi "Hundai” markalı maşınla həyətin darvazasını qırıb. Daha sonra həyətdəki E. Hüseynova məxsus olan 90 FH 018 nömrəli BMW, 90 FG 494 nömrəli "Toyota” və 90 VX 949 nömrəli "Mercedess Galendevagen” markalı maşınların təkərlərini bıçaqla deşib.

Xəbərdə bildirilir ki, hadisəyə ailədaxili münaqişə səbəb olub. Belə ki, E. Hüseynovun qızı boşanmaq istəsə də həyat yoldaşı buna razı olmayıb və bu hadisəni törədib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...