"Neolit"də qanlı gecə - "Paltarı cırıq-cırıq idi..."

Ötən gün "Neolit" restoranında baş tutan kütləvi davanın təfərrüatı məlum olub. Şahidlərin "qafqazinfo"ya verdiyi məlumata görə, özəl və xoş günlərini keçirmək üçün restorana təşrif buyuran qonaqlar qorxulu anlar yaşayıb.

Belə ki, olay saat 22:00 radələrində müğənni İzzət Bağırov çıxış edən zaman baş verib. İ. Bağırov "qafqazinfo"ya açıqlamasında davanın onunla bağlı olmadığını bildirsə də, şahidlər bunun əksini deyib.

Hadisəyə səbəb Novruz Aslanlının qonaqlarından biri  operatordan müğənnini yox, başqa yeri çəkməsini istəməsi olub.

Bağırov isə "Sənətkara hörmətsizlik edirsiz" deyərək səhnəni tərk edib. Və dava da bundan sonra başlayıb. İnsident nəticəsində ata Novruz Aslanlı və oğlu Vüsal Aslanlı yaralanıb.

Qonaqları isə daha çox restoranın mühafizə xidmətinin zəif olması narahat edib:

 
 

"Necə ola bilər ki, Bakının ən məşhur məkanında bu hadisə baş versin və insanların həyatına belə laqeydlik göstərilsin. Biz ora əylənməyə, sevinməyə getmişdik. Bir də gördük bıçaqla bir nəfər gəzir. Neçə nəfərin ürəyi getdi. Universitetə girən oğlanın (Vüsal Aslanlı) paltarı cırıq-cırıq idi".

Belə ciddi hadisənin baş verməsinə baxmayaraq nə Daxili İşlər Nazirliyi, nə də restoran sözçüləri münasibət bildirib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...