Qubada meşədə itən uşağın tapılma anı – Video

Qubada meşədə itən uşağın tapılma anı – Video

Quba rayonunun Əski İqrığ kəndi ərazisində meşədə itən uşağın tapılmasının təfərrüatı məlum olub.

Sfera.az xəbər verir ki, hadisə ilə bağlı olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzinin rəisi, polkovnik Şahin Mirzəyev "Report”un Şimal bürosuna açıqlama verib. Onun sözlərinə görə, uşaq huşsuz halda və yerə yıxılmış vəziyyətdə aşkarlanıb.

Onun sözlərinə görə, avqustun 28-də Fövqəladə Hallar Nazirliyinin 112 xidmətindən Şimal Regional Mərkəzinə Quba rayonunun Əski İqrığ kəndi ərazisində Əliyev Natiq Namiq oğlunun itiməsi ilə bağlı məlumat daxil olub: "Dərhal FHN-nin Şimal Regional Mərkəzinin Mülkü Müdafiə Qoşunlarının N saylı Hərbi Hissəsinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin Quba Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və Daxili İşlər Nazirliyinin (DİN) polis və Daxili Qoşunların əməkdaşları axtarış-xilasetmə işlərinə cəl edilib. İki gün aparılan axtarış-xilasetmə işləri heç bir nəticə vermədi. 30 avqust tarixində FHN-nin Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində azyaşlı uşaq rayonun Əski İqrığ kəndi ərazisindəki meşə massivinin 6 kilometr dərinliyində dağlıq meşə massivi ərazisində tapılıb. Uşaq huşsuz halda və yerə uzanmış vəziyyətdə aşkarlanıb. Əməkdaşlarımız tərəfindən uşağa ilkin tibbi yardım göstərilib və təcili tibbi yardım briqadasına təhvil verilib”.

Sfera.az



OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...