Aparıcının qatilinin keçmiş sevgilisi də güllələnibmiş - DƏHŞƏTLİ FAKTLAR

Aparıcının qatilinin keçmiş sevgilisi də güllələnibmiş - DƏHŞƏTLİ FAKTLAR
 Türkiyənin tanınmış aktyoru və aparıcısı Vatan Şaşmazı öldürən keçmiş model Filiz Aker haqqında ilginc məlumatlar ortaya çıxıb.

Publika.az xəbər verir ki, model 27 il əvvəl bir təcavüzçü tərəfindən qaçırılıb. Kilyos yolunda baş verən hadisə zamanı Aker özünü maşından ataraq xilas olmağa çalışıb. Lakin bu zaman ağır xəsarət alıb. Sözügedən hadisədə aldığı xəsarətlərə görə modelin yerləşdirildiyi xəstaxanada çəkilmiş fotosu yayılıb. Türkiyə mətbuatı Filiz Akerin iş adamı Şəmsi Denizerlə də eşq yaşamasına işıq salıb. Şemsi Denizerin 6 avqust 1999-cu ildə Zonguldağdakı evinin qarşısında 13 güllə ilə öldürülməsini yenidən gündəmə gətirərək hadisələrin arasında əlaqənin olub-olmadığına dair suallar ortaya atılıb. Məlumatlarda Şemsi Denizeri Cengiz Balık adlı şəxsin 40 milyon manat borc üçün öldürdüyünü, lakin hadisə ilə bağlı istintaqın davam etdirilmədiyi, başqa şəxslərin iştirakının olub-olmamasına dair məlumatların olmadığını qeyd ediblər.

Vatan Şaşmaz cinayətini də modelin pula görə etdiyi bildirilir. Belə ki, aparıcının keçmiş sevgilisindən 1 milyon dollar borc aldığı, lakin geri ödəmədiyi qeyd olunur. Bundan əlavə, Filiz Akerin psixoloji problemləri olduğuna dair məlumatlar mətbuatda yer alıb. Belə ki, Aker təxminən üç ay əvvəl intihara cəhd edib. Modelin yaxın dostu Nurcan Sabur da onun iki il bundan əvvəl həb içib, intihara cəhd etdiyini bildirib. Akerin yaxın dostları onun Vatan Şaşmazı 10 ildir sevdiyini, dəfələrlə "Ona 3-4 milyon xərclədim. Arvadından boşanmazsa, onu öldürərəm" dediyini açıqlayıblar.


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...